"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Mərkəzi Afrika Respublikasına (CAR) qarşı səfər matçında iştirak edib. Görüş 1:1 hesabı ilə başa çatıb. 28 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.
Kabo-Verde yığması növbəti oyununu sentyabrın 7-i Nigeriyaya qarşı keçirəcək.