Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Beşiktaş" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniçi icarəyə götürüb. Bosniya və Herseqovina millisinin üzvü 1 mövsüm "qara qartallar"da çıxış edəcək. 31 yaşlı futbolçu bu gün Türkiyəyə gələcək.
Pyaniç 2020-ci ilin yayında "Yuventus"dan "Barselona"ya keçmişdi.
saytlarin hazirlanmasi