"Kuman mənə hörmətsizlik etdi" - Pyaniç

16:16 - 4 Sentyabr 2021

"Beşiktaş"ın "Barselona"dan icarəyə götürdüyü Miralem Pyaniç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı bosniyalı yarımmüdafiəçi İstanbul klubuna keçidi ilə bağlı bunları deyib:

 

"Barselona"nın baş məşqçisi Ronald Kuman mənə hörmətsizlik etdi. Karyeramda yeni səhifə açdım. "Beşiktaş"da debüt etməyi səbirsizliklə gözləyirəm. Xoşbəxtəm, motivasiyalıyam, Çempionlar Liqasında oynayacağam. Bu mövsüm 30-40 oyun keçirməyə hazıram. Bu komandada çox xoşbəxt olacağımı düşünürəm".

Xəbər xətti