"Qarabağ"ın futbolçusu Nigeriyaya qarşı oynadı

11:37 - 8 Sentyabr 2021

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Nigeriyaya qarşı keçirilən oyunda iştirak edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu qarşılaşmaya start heyətdə başlayıb və 77 dəqiqə meydanda qalıb. Andrade 77-ci dəqiqədə Marko Soareslə əvəzlənib.

 

Oyun Kabo-Verdenin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər xətti