Kiprin “Omoniya” klubu Avropa Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Qarabağ”la oyunlara itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisinin yarımmüdafiəçisi Miks Diskerud zədələnib. ABŞ millisinin üzvü bu səbəbdən həmin qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
“Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Nikosiya təmsilçisi sentyabrın 30-da isə “Qarabağ”ı qəbul edəcək.
saytlarin hazirlanmasi