DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzan Türkiyə millisinin baş məşqçisi Şənol Günəş federasiya prezidenti Nihat Özdəmirlə görüşüb.
Sportal.az xəbər verir ki, 2,5 saat baş tutan görüşdən sonra 69 yaşlı mütəxəssisin yığmada qalıb-qalmayacağı dəqiqləşməyib. Tərəflər tezliklə yenidən görüşüb, yığma barədə müzakirə aparacaqlar.
Şənol Günəş 2019-cu ildə federasiya ilə 4 illik müqavilə imzalamışdı. Onun illik maaşı 3,2 milyon avrodur. Əgər təcrübəli mütəxəssis istefaya göndərilsə, 5,3 milyon avro təzminat alacaq.
saytlarin hazirlanmasi