“Ximki”nin Azərbaycan əsilli hücumçusu Kamran Əliyev komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, forvard Rusiya 1-ci liqasında yarışan "SKA-Xabarovsk"a keçib.
O, Xabarovsk klubunda icarə əsasında çıxış edəcək. 22 yaşlı hücumçu 2021/2022 mövsümün məhz bu klubda keçirəcək. Əliyev yeni komandasında 11 nömrəli formada oynayacaq.
2017-ci ildən “Ximki”nin əsas komandasının futbolçusuna çevrilən Kamran ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna çıxıb, 1 qol da vurmuşdu.