Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" də növbəti oyununa çıxıb. Ankara təmsilçisi səfərdə "Samsunspor"un qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Vüsal İsgəndərli bu qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
4 turdan sonra aktivində 4 xal olan "Keçiörengücü" turnir cədvəlinin 10-cu pilləsindədi.
saytlarin hazirlanmasi