Almaniyanın Qərb Regional Liqasında VII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Ahlen”lə qarşılaşıb. Matç həmyerlimizin komandasının 5:3 hesablı qələbəsiylə yekunlaşıb.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke-2” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.