"Qarabağ" Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Bazel"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmen oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyuna yaxşı hazırlaşmışıq. Rəqib haqda məlumat toplamışıq. Mövsümə yaxşı başladıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda "Luqano" ilə matçda yaxşı oynadıq, amma qəlbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm".
52 yaşlı mütəxəssis "Qarabağ"ı özləri ilə eyni səviyyədə gördüklərini bildirib: "Qarabağ"la eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız "Kayrat" haqqında çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. "Omoniya"nı da unutmaq olmaz. Bizi qarşıda maraqlı matçlar gözləyir".
Rahmen məqsədlərinin qələbə qazanmaq olduğunu deyib: "Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarına baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır. Rəqibin bir neçə oyununu izləmişik. Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Sabahkı oyunu səbrsizliklə gözləyirik".
saytlarin hazirlanmasi