Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Ayazın komandası bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
Zədəli olan Quliyev bu görüşdə meydana çıxmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Arsenal” geridə qalan 8 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.
saytlarin hazirlanmasi