Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi bu posta Özcan Bizatini gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bursa təmsilçisi 53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb.
Özcan Bizati 2 gün əvvəl istefaya göndərilən Fatih Tekkeni əvəz edib.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir.
saytlarin hazirlanmasi