"Qarabağ-2"nin baş məşqçisi Cavad Mirzəbəyli I Divizionun 2-ci turunda "Sumqayıt-2" ilə oyundan (2:1) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:
"Komanda çempionata tam hazır idi. Toplanış çərçivəsində bir neçə yoxlama görüşü keçirmişdik. Yeni mövsümün ilk oyunu idi. İlk qarşılaşmalar həmişə ağır olur. Çempionata qələbə ilə start verdiyimiz üçün çox məmnunam. Futbolçuların istəkli olması və sona qədər mübarizə aparmalarından çox raz qaldım. Əzmkarlıq sayəsində son dəqiqələrdə qələbə qolunu vurduq. Növbəti turlarda komandamız daha yaxşı olacaq. Heyətimiz çox gəncdir. İnanıram ki, çempionatın ən gənc kollektivi ilə növbəti turlarda daha yaxşı işlər görəcəyik".
saytlarin hazirlanmasi