Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Rizəspor" Bülənt Uyqunla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 6 turdan sonra Super Liqada qələbə qazana bilməyən "Rizəspor" 1 xalla turnir cədvəlinin sonuncu pilləsindədi.
saytlarin hazirlanmasi