Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. Onun son klubu "Kəpəz" olub. Futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.
saytlarin hazirlanmasi