"Qarabağ" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Keşlə"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, bu, komandaların çempionatda 67-ci qarşılaşması olacaq. Ağdamlılar 31 dəfə rəqibini məğlub edib. 22 matçda heç-heçə qeydə alınıb, 13 oyunda isə "Keşlə" qalib gəlib. Top-fərqində də "Qarabağ" üstündür - 85-42.
Sentyabrın 25-də keçiriləcək "Keşlə" - "Qarabağ" matçı saat 17:00-da baş tutacaq.
saytlarin hazirlanmasi