Rüfət oynadı, komandası heç-heçə etdi

13:53 - 26 Sentyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” doğma meydanda “Ştralen”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.
 

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 
“Şalke-2” 11 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti