Polşa Ekstraklasasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Şlyonsk” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub. Bu, onun çempionatda vurduğu 2-ci qoldur.
“Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cudur.
saytlarin hazirlanmasi