Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Matç qonaqların 4:0 hesablı qələbəsiylə başa çatıb.
Namik Ələskərov start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
“Bursaspor” 7 turdan sonra 5 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi