Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” bu gün Kiprə yollanacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov sentyabrın 29-u yerli vaxt ilə 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda baş tutacaq.
“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
saytlarin hazirlanmasi