Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Olimpiakos"la qarşılaşacaq "Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin kapitanı Məsut Özil xəstələnib. Qrip olan 33 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisi ilə qarşılaşmanın heyətindən çıxarılıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Olimpiakos" matçı sabah Bakı vaxtilə saat 20:45-də baş tutacaq.
saytlarin hazirlanmasi