Kevin Medina: "Özümü daha güvənli, daha yaxşı hiss edirəm"

21:07 - 29 Sentyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 2-ci turunda Kiprin "Omoniya" klubunun qonağı olacaq

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina matçdan öncə baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Ağır oyun olacaq. Uzun yol qət etmişik. Hədəfimiz yaxşı oyun göstərməkdir. Ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq".

 

- Ötən mövsümlə müqayisədə oyununda inkişaf hiss olunur. Bunu komandaya uyğunlaşmaqla əlaqələndirmək olar, yoxsa başqa səbəb var?

- Doğrudur, özüm də bunu oyunumda hiss edirəm. Əsas səbəblərdən biri komandaya uyğunlaşmağımdır. Ötən mövsüm səhvləri kənara qoysaq, pozitiv şeylər də götürdüm. Bu il onları tətbiq edirəm. Ona görə də özümü daha güvənli, daha yaxşı hiss edirəm.

Xəbər xətti