Milli komandamızın üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubu baş məşqçi Vasil Kobini istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub prezidenti Valeri Peresolyak komandanın turnir cədvəlindəki mövqeyindən və son oyunlardakı uğursuz nəticələrdən sonra bu qərarı verib. Bu səbəbdən 36 yaşlı mütəxəssislə müqaviləyə xitam verilməsi qərara alınıb.
"Minay" Kobinin rəhbərliyi altında 64 oyun rəsmi keçirib və 28 qələbə qazanıb. Bu müddət ərzində klub I Liqanın qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Minay" 9 turdan sonra 6 xal toplayıb və Premyer Liqada 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi