Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun III turunun “Kəpəz” – “Qarabağ-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 53-cü dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu Asim Əlizadə “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.
“Turan Tovuz” – “Sabah-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Zirə-2” – MOİK oyununda matçın 81-ci dəqiqəsində “Zirə-2” komandasının 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur.
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.
saytlarin hazirlanmasi