"Lester"lə oyunda qol vurmaqla komandasına qələbə qazandıram Mahir Emreli UEFA-nın rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı forvard anasının onun oyunundan razı qalmayacağını bildirib:
"Anam ümumiyyətlə topu aldığım zaman mümkün qədər tez vurmağımı istəyir. Buna görə də topu bir müddət saxladığım üçün bu gecə tam razı qalacağını düşünmürəm. Amma bizim üçün çox gözəl bir gecə oldu . İki oyundan sonra altı xalımız var. Bunun bir yuxu olduğunu düşünə bilərsən, amma bu, həqiqətən də baş verir!"
Emreli artıq futbolda favoritin olmadığını deyib:
"Futbolda artıq favorit yoxdur. Hər şey sənin əlindədir. Oyundan əvvəl demişdim ki, ekzotik bir bayram kimi zövq almalıyıq. Çünki belə bir atmosferdə yaxşı bir komandaya qarşı oynamaq fantastikdir. Və biz bunu etdik."
saytlarin hazirlanmasi