Kadi Borqesin qolu Konfrans Liqasında ən yaxşı seçildi

14:37 - 1 Oktyabr 2021

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı qolu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasındakı aparılan sorğunun nəticəsinə görə, “Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqesin 52-ci dəqiqədə "Omoniya"ya vurduğu qol ən yaxşı seçilib. 

 

Namizədlər arasında “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da yer almışdı.

 

Qeyd edək ki, "Qarabağ" "Omoniya"nı 4:1 hesablı ilə məğlub edib.

Xəbər xətti