"Qarabağ"ın futbolçusu Kadi Borges instaqram hesabında Konfrans Liqasında "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini paylaşıb.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 2 qol vurduğu matçla bağlı bunu qeyd edib:
"Həyatımda baş verənlərə görə Allaha minnətdaram. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komanda, işçilər və ailəmiz var".
saytlarin hazirlanmasi