Baş məşqçi Mahir haqda: "Qarşımda təkəbbürlü insanın olacağını gözləyirdim"

10:41 - 22 Dekabr 2021

"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç azərbaycanlı futbolçu Mahir Emreli haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis millimizin üzvü ilə görüşüb. O, Emrelinin Varşava təmsilçisində qalıb-qalmayacağı ilə bağlı dəqiq cavab verə bilməyəcəyini deyib:

 

"Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziya onündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı. Söhbətimiz çox pozitiv keçdi. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm".

 

Qeyd edək ki, Polşa çempionatının 18-ci turunda "Visla" (Plotsk) ilə oyundan (0:1) sonra "Legiya" azarkeşləri komandanın avtobusuna hücum edib. Həmin hadisə nəticəsində Mahir Emreli ilə Lukinyas xəsarət alıb.

Xəbər xətti