Eyni klubun uzunömürlü baş məşqçiləri: Qurban Qurbanov Avropada altıncıdır

21:55 - 22 Dekabr 2021

Avropada bir futbol komandasının sükanı arxasında ən uzun müddət işləyən baş məşqçilərin adları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 8 nəfərlik siyahıda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov da yer alıb.

 

2008-ci ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan 49 yaşlı mütəxəssis bu göstərici ilə 6-cı pillədə qərarlaşıb və İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeoneni geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır.

 

Ümumi sıralama isə aşağıdakı kimidir:

1. Bryuno Lutsi - "Şamplen" (Fransa), 20 il

2. Kolin Keton - "Bala-Taun" (Uels), 18 il

3. Stiven Bakster - "Kruzeyders" (Şimali İrlandiya), 16 il

4. Veqard Hansen - "Myöndalen" (Norveç), 15 il

5. Frank Şmidt - "Haydenhaym" (Almaniya), 14 il

6. Qurban Qurbanov - "Qarabağ" (Azərbaycan), 13 il

7. Hari Hamilton - "Qlenovan" (Şimali İrlandiya), 10 il

8. Dieqo Simeone - "Atletiko" (Madrid, İspaniya) - 10 il (Report)

Xəbər xətti