Mahir "Legiya"da ilin ən yaxşı legioneri adına namizəd oldu

17:10 - 23 Dekabr 2021

"Legiya"da ilin ən yaxşı legioner futbolçusu adına namizədlər məlum olub.

 

Sportal.az xəbər verir ki, siyahıda azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb. 24 yaşlı hücumçu ilə yanaşı, serbiyalı müdafiəçi Filip Mladenoviç və çexiyalı forvard Tomaş Pekqart da ən yaxşı adına namizəddir.

 

Qalib Varşava klubunun rəsmi saytı, “feysbuk” və “tvitter” hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.

 

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Legiya" forması ilə meydana çıxdığı 33 oyunda 11 qol vurub, 2 asist edib.

Xəbər xətti