Tanınmış hücumçu "Ayaks"da

15:54 - 14 Mart 2022

Niderlandlı sabiq hücumçu Klas-Yan Hunteların yeni ünvanı bilinib.

 

Sportal.az xəbər verir ki, keçmiş futbolçu "Ayaks"ın idman direktoru təyin olunub. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Huntelarla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

 

Sabiq hücumçu bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Mark Overmarsı əvəz edib.

 

Huntelar futbolçu kimi 2006-2009 və 2017-2021-ci illərdə bu komandada çıxış edib.

Xəbər xətti