Qurbanov futbolçu karyerasını başa vurdu, məşqçiliyə başladı

11:33 - 15 Mart 2022

Son olaraq “Keşlə”də oynamış Nicat Qurbanov aktiv futbolçu karyerasını başa vurub. 

Bu barədə o, özü Sportal.az saytının əməkdaşına məlumat verib. O, artıq məşqçiləyə də başlayıb. Bakıda fəaliyyət göstərən “Beşiktaş” uşaq futbol akademiyasında işləyir.

​Nicat karyerası ərzində "Neftçi", "Simurq", "Kəpəz", "Sumqayıt", AZAL, "Zirə", "Samtrediya" klublarında çıxış edib.

Xəbər xətti