Serbiyalı PSJ və "Yuventus"un transfer siyahısındadı

13:26 - 15 Mart 2022

"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç İtaliyada klubunu dəyişə bilər.

Sportal.az "Tuttomercatoweb" portalına istinadən xəbər verir ki, serbiyalı futbolçu "Yuventus"a keçidə hazırlaşır.

Turin klubu ilə yanaşı Saviç PSJ-nin də transfer siyahısında yer alıb. Parislilər "Latsio"ya 80 milyon avro təklif edib. 

Xəbər xətti