Ötən gün "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin meyxana deyərkən videosu Sportinfo.az saytında yayılıb.
Sportal.az xəbər verir ki, istifadəçilər müdafiəçini "kriminal meyxanaçı" kimi qələmə vermiş və gülüş obyektinə çevirmişdi. Məsələ ilə bağlı futbolçunun özü ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Elvin meyxana deməsinin əyləncə xarakterli olduğunu söyləyib:
"Video U-21 millinin toplanışında çəkilib. Özü də təxminən 3 il əvvəl. Məşqlərdə verilən tapşırıqların yekununa əsasən bəzən məşqçilərin verdiyi cəzalar olur. Cəzalar adətən əyləncə xarakterilidir. Həmin anda ağlıma gələn, sözlərini bilidiyim o idi deyə, onu oxudum. Orada tək mən deyil, bir neçə futbolçu da oxumuşdu. Necə çəkilib, hardan çəkilib bilmirəm. Maraqlıdır ki, 3 il əvvəlin videosu indi yayılır. Çox güman məşqçilərin masasından çəkilib. Oradan görünən odur. Yenə də deyirəm, əyləncə xarakterli idi". (futbolpress.az)
