“Atletiko Bakı”nın məşqçisi Namiq Cəfərov 10 gün Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”da təcrübə keçib.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Alanyaspor”un saytında məlumat verilib.
Bildirilib ki, əsas və gənclərdən ibarət komandanın məşqini izləyən Namiq məşqçilərlə də görüşlər keçirib.
Cəfərov təcrübəsini başa vurduqdan sonra klubun prezidenti Həsən Çavuşoğlunu da ziyarət edərək ona təşəkkür edib.
saytlarin hazirlanmasi
