Apellyasiya Arbitraj Tribunalının qərarı açıqlanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Xırdalan City" komandasının futbolçusu Leyla Gondolova 1 il müddətinə diskvalifikasiya edilməsi qərarı qüvvədə qalıb.
Gondolova UGİM (Naftalan) – “Xırdalan City” oyununda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb.
