Rusiyanın "Krasnodar" klubunun futbolçusu Qreqor Krixovyak Yunanıstana üz tutub.
Sportal.az xəbər verir ki, Polşa millisinin üzvü AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında Afina təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən Rusiya klublarında çıxış edən futbolçular üçün transfer pəncərəsi açılıb.
saytlarin hazirlanmasi
