"Ayaks"ı "Barselona"ya dəyişir

21:41 - 15 Mart 2022

"Ayaks"ın futbolçusu Nusser Mazraui "Barselona"ya keçə bilər.

Sportal.az "Sport1"ə istinadən xəbər verir ki, futbolçu Amsterdam klubundan gələn təklifi rədd edib və o, Kataloniya klubuna keçmək niyyətindədi.

"Bavariya" və "Borussiya"dan gələn təklifləri də geri çevirən 24 yaşlı mərakeşli futbolçu Kataloniyaya köçməkdə israrlıdı.

Almaniya nəhəngləri ona yaxşı şərtlərlə təkliflər göndərsə də, futbolçu "Barsa" ilə razılığa gəlib.

İspanların ona illik 4 milyon avro ödəyəcəyi iddia edilir.

Xəbər xətti