Polşa millisinin veteran forvardı: "Mahir gələndən sonra Pekhart ehtiyatda oturmağa başladı"

22:45 - 15 Mart 2022

"Legiya" və Polşa millisinin sabiq forvardı Yeji Podorojnik millimizin hücumçusu Mahir Emreli haqda danışıb.

Sportal.az "TV Sport"a istinadən xəbər verir ki, veteran futbolçu Varşava klubunun sabiq hücumçusu haqda bunları deyib:

"Pekhart "Legiya" üçün önəmli forvard idi. O, birdən-birə əsas heyətdəki yerini itirdi. Çünki Emreli onu qabaqlamışdı. Mahir gələndən sonra Pekhart ehtiyat skamyada oturmağa başladı. Bu da çexiyalı forvardın psixologiyasını pozdu. Onu əvvəlki formasına qaytarmaq asan olmayacaq".

Xəbər xətti