Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulucaq.
Sportal.az xəbər verir ki, "Yuventus" İtaliyada "Vilyarreal"ını qəbul edəcək. Komandalar arasında İspaniyada keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Çelsi" isə "Lill"in qonağı olacaq. Fransa təmsilçisinin "Çelsi" səddini keçəcəyi inandırıcı görünmür. Məsələ burasındadır ki, "zadəganlar" ilk oyunda 2:0 hesablı inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
16 mart
00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Şimon Marçinyak
İlk oyun - 1:1
00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)
Baş hakim: Davide Massa
İlk oyun - 0:2.
