"Barselona"nın stadionunun adı dəyişdirilir

11:22 - 16 Mart 2022

"Barselona" "Spotify" ilə sponsorluq müqaviləsi imzalayıb.

Sportal.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, 4 illik müddəti əhatə edəcək anlaşma iyuldan qüvvəyə minəcək.

Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın stadionu "Kamp Nou" "Spotify Kamp Nou” adlandırılacaq.

Xəbər xətti