Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunaytet"lə matçında komandasına qələbə qazandıran qolu vuran "Atletiko"nun futbolçusu Renan Lodi görüşlə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan braziliyalı İngiltərədə keçirilən oyunu bu cür dəyərləndirib:
"Hamımız böyük işlər görürük. Bir neçə ay əvvəl oynamırdım. Amma artıq hər şey dəyişib. Buna görə də şadam. Uğurlu nəticəni tək mən yox, bütün kollektiv göstərir. 1/4 finalda olmaq üçün hamımız böyük işlər gördük".
Braziliya millisinin üzvü olan Renan 2019-cu ildə “Atletiko Paranaense”dən “Atletiko”ya keçib. Xatırladaq ki, İspaniyada rəqibi ilə 1:1 oynayan Madrid klubu "Mançester Yunayted"i səfərdə 1:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
