Argentinalı sabiq komandasına qayıdır

12:51 - 16 Mart 2022

PSJ-nin futbolçusu Anhel Di Mariya Parisdə qalmaq istəmir.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, hazırki klubu ona yeni müqavilə təklif etsə də, argentinalı futbolçu mövsüm sonunda Fransanı tərk etmək niyyətindədi.

Ona təklif göndərən klublardan biri də sabiq komandası "Benfika"dı. O, Lissabon klubunun rəsmilərilə ilkin danışıq aparıb və eks komandasına qayıtmağa müsbət yanaşdığını qarşı tərəfə bildirib. 

34 yaşlı futbolçu 2007-2010-cu illərdə “Benfika”da oynayıb. 2015-ci ildə isə Di Mariya "Mançester Yunayted"dən PSJ-ə keçib. 

Xəbər xətti