Afrikalı forvard "Qarabağ"a keçir?

13:45 - 16 Mart 2022

Fransa mətbuatı "Qarabağ"ın "Valensiyen"ə məxsus olan, hazırda icarə əsasında "Red Star"da çıxış edən Mussa Quellə maraqlandığını iddia edib.

Sportal.az xəbər verir ki, "Qarabağ" tərəfi isə bu xəbəri təkzib edib.

Belə ki, klubun mətbuat xidməti afrikalı forvardla maraqlanmadıqlarını bildirilib.

"Loryen" yetirməsi olan 22 yaşlı hücumçu "Keviyi Ruan" klubunda da oynayıb. 2021-ci ildən isə "Valensiyen"dən "Red Star"a icarəyə verilib.

Xəbər xətti