"Barselona"nın kapitanı: "Real" oyunçularını qiymətləndirərkən obyektiv olmağa çalışıram"

14:53 - 16 Mart 2022

"Barselona"nın kapitanı Serxio Buskets "Real"ın futbolçusu Kazemiro haqda xoş sözlər deyib.

Sportal.az xəbər verir ki, "Marca"ya danışan təcrübəli futbolçu braziliyalı haqda bunları deyib:

"Kazemiro ən yaxşı yarımmüdafiəçi deyilsə, o, şübhəsiz ki, dünyanın ən yaxşılarından biridi. O, meydanın ortasında komandasının oyununa nəzarət edir. Kazemiroya heyranam. "Real" oyunçularını qiymətləndirərkən obyektiv olmağa çalışıram".

Xəbər xətti