"Beşiktaş"ın hücumçusu Kayl Larin mövsüm sonunda Türkiyəni tərk edəcək.
Sportal.az "skorer"ə istinadən xəbər verir ki, kanadalı hücumçu İstanbul nəhənginin yeni müqavilə təklifindən imtina edib.
"Milan"dan təklif alan forvard "Arsenal"la da danışıqlara başlayıb. London klubunun rəsmiləri Larini yeni mövsüm üçün heyətdə düşündüklərini bildiriblər. Mövsüm sona çatan kimi Kanada millisinin üzvünün "Arsenal"la rəsmi müqavilə imzalayacağı bildirilir.
