"Sabah"ın zədəlisi sağaldı, məşqlərə qoşuldu

15:49 - 16 Mart 2022

Premyer Liqanın 19-cu turunda “Qarabağ”a qarşı keçirilən görüşdə zədələnərək sıradan çıxan və 62-ci dəqiqədə yerini Slavik Alxasova verən Bəxtiyat Həsənalızadə artıq məşqlərini bərpa edib. 

Sportal.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, müdafiəçinin daha uzun müddət məşqlərdən kənar qalacağı gözlənilsə də, onun qayıdışı tez olub.

Belə ki, MRT müayinəsi nəticəsində qabırğalararası əzələsində kiçik yırtıq aşkarlanan futbolçu bugünkü məşqdə iştirak edib.

Xəbər xətti