"Səbail"in futbolçusu Camal Araqo Liberiya millisinə dəvət edilib.
Bu barədə futbolçu özü Sportal.az saytının əməkdaşına məlumat verib.
Millinin baş məşqçisi Peter Butler müdafiəçinin DÇ-2022-nin seçmə mərhələsinin Nigeriya və Mərkəzi Afrika Respublikasına qarşı keçirdiyi oyunlardakı performansından razı qalıb və onu Türkiyədə keçiriləcək yoxlama oyunlarına çağırıb.
Araqonun şərəfini qoruduğu milli Türkiyədə Syerre-Leone (24 mart), Benin (27 mart) və Burundi (29 mart) ilə yoxlama görüşləri keçirməyi planlaşdırır.
