"Qarabağ"ın müdafiəçisi "Zirə"yə qarşı oynamayacaq

20:45 - 16 Mart 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Zirə" ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu matça itki ilə çıxacaq. "Köhlən atlar"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə cəza səbəbindən qarşılaşmada komandasına kömək edə bilməyəcək.

 

25 yaşlı müdafiəçinin cəzalı duruma düşməsinin səbəbi 19-cu turun "Sabah"la görüşündə (1:0) mövsüm ərzində 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılmasıdır. Bəhlul Mustafazadə daha əvvvəl "Zirə", "Səbail" və "Keşlə" ilə oyunlarda xəbərdarlıq almışdı.

 

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı martın 19-u saat 19:00-da  Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Xəbər xətti