"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveç milli komandasına çağırılıb.
Sportal.az xəbər verir ki, 40 yaşlı forvard DÇ-2022-nin pley-off mərhələsi üçün yığmaya dəvət alıb. İbrahimoviç 5 illik fasilədən sonra ötən il milliyə qayıdıb.
İsveç pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq. Cütün qalibinin finaldakı rəqibi Polşa yığması olacaq.
saytlarin hazirlanmasi
